ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun tezliklə Suriyadan çıxaracağını bəyan etdiyi vaxt Pentaqon bu ölkəyə əlavə qüvvələrin göndərilməsi planının hazırlanması ilə məşğul olub.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı CNN televiziyası yayıb.
"Pentaqonun hazırladığı plana əsasən, onlarla amerikalı hərbçinin Suriyanın şimalına yerləşdirilməsi nəzərdə tutulurdu. Bu məsələ prezidentin bəyanatından bir neçə gün öncəyə qədər müzakirə edilirdi. Hələlik Trampın bu çıxışının Pentaqonun planına necə təsir edəcəyi sual olaraq qalır”, – deyə televiziya bildirib.
Qeyd edək ki, Tramp bundan öncə tezliklə ABŞ-ın Suriyadan çıxacağını bildirmişdi.