Xəbər verdiyimiz kimi, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.
Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı "N” saylı hərbi hissədə olub. Burada prezident hərbi hissədə, ön cəbhədə əsgərlərlə, təmas xəttində yaşayan sakinlərlə görüşüb.
Prezident və xanımı daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gəliblər.
Dövlət başçısı və xanımı Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olublar.
Prezidentin səfərindən çəkilmiş fotoları təqdim edirik.