Şəfəqə Doğru » Manşet » Qazax qarayaxmalardan nə vaxt xilas olacaq?

Qazax qarayaxmalardan nə vaxt xilas olacaq?

Qazax qarayaxmalardan nə vaxt xilas olacaq?

                                       

    Bu gün saytlardan birində :-Rəcəb Babaşov  "dezertir Məmməd” və Qazaxda ayaq tutub yeriyen rüşvət…- başlıqlı məqaləyə gözüm sataşdı.

    Hörmətli  adını gizli saxlayan yazar həmkarımız . Qazax icra hakimiyyəti başçısının ətrafındakı məmurların rüşvət almasından ,rayonda rüşvətin tüğyan etməsindən bəhs edir.Rəcəb Babaşovun bu gün artıq fəaliyyətini dayandırmağınan yazır.

   Dahi şairimiz M.Ə.Sabir demişkən,”vallahi ,billahi ,tallahi bu qədər yalan görməmişəm .

  Artıq respublikamızın bir çox rayonlarının   sakinləri Qazax cammatına yaxşı mənada qiptə edir.

 Biz ölkəmizin qərb bölgəsində fəaliyyət gösdərən jurnalistlər ən azından ,Qazax ,Tovuz ,Ağstafa ,Şəmkir və Gədədbəy rayonlarının hər birində tez tez olur,araşdırmalar aparırırq.

    Lakin onların heç birində Rəcəb Babaşovun Qazağa başçı təyin olunduğu gündən ,bu günə qədər durmadan ,yorulmadan belə cani-dildən gecə saatlarına qədər ,cammatın rifahı üçün çalışan bir başçı görə bilmirik.

  Yazar həmkarımız bircə dəfə Qazaxda olub yerli caammatla görüşüb ,rayonda geden işlərlə və onun ətrafındakı məmurlarla maraqlansa,görər ki, yazdığı məqaləylə ən azı böyük insafsızlığa yol verir.

  Gələk rüşvətxorluğa :_mollanın evinə gecə bir oğru gəlir və axtarır dişə dəyən bir şey tapmır.Onu izləyən molla "Ə zalımın balası mən günün ,günorta çağı bu evdə bir sey tapa bilmirəm .Gecənin qaranlığında sən  nə tapacaqsan” deyə səsini çıxarır.

   İndi qardaşım –Biz Qazaxda baş vurmadığımız yer,sahə qalmyıb . Harda  bir neqativ hal  olduğunu esitsək  ,orda oluruq və həmin prablemin başçı tərəfindən çözülmüş olduğunu yaxudda çözüldüyünü görürük.Yaxudda rüşvət haqqında. Qazaxda heç ,söz gedə bilməz.Çünki əgər başçı özü rüşvət almırsa ,onun ətrafı necə ala bilər? Rəcəb Babaşov isə başçı təyin olunduğu gündən birinci bütün idarə və təşkilat rəhbərlərinə  "kim rüşvət alsa gözümün düşmənidir”demişdir.

  Qeyd edək ki,son zamanlar yəni R.Babaşov Qazağa rəhbər gəldiyi gündən rayonda görülən abadlıq-quruculuq işlərini görməmək ən azından korluqdur.yaxud görüb görməməzlikdən gəlmək ,xəbislik və yaxşı işlərin üzərinə qara gölgə salmaq cəhdidir.

  Kənt təsərrüfatı  sahəsində görülən işlər ,arxların təmizlənməsi ,suvarma işləri və digər işlər hər zaman nəzarətindədir.Vətəndaşların,kasıbların ,əlilllərin ,şəhid aillərinin ,Qarabağ əlillərinin və veteranlarının ayrı –ayrılıqda problemlərinin çözülməsində şəxsən R.Babaşov özü iştirak edir,və lazimi qaydaları və tədbirləri həyata keçirir.Qazax sakinlərinin hansını dindirsən ağızdolusu başçının ölənlərinə rəhmət oxuyur .

  Onlarla uşaq və körpələr evinin əsaslə təmiri və bir neçə kənd yollarının  asfaltla üzlənməsi ,rayonun mərkəzi xəstəxanasının tikintisinin artıq bu günlərdə başa çatması ,səhidlərin adına tikilən bulaqlar və sair  bunlar hamısı məhz R.Babaşovun rəhbərliyi ilə gerçəkləşir.

  Apardığımız araşdırmalarda,Qazax sakinləri tərəfindən ölkə prezidentinə R.Babaşovu  başçı təyin etdiyinə görə ,yüzlərlə məktub və teleqiramlar getmişdir.

  Odur ki, ölkə prezidenti tərəfindən "İlin Başçısı” adına layiq görüldü.

   R.Babaşovun ətrafındakı kadrlara ,məmurlara gəldikdə isə,onun seçdiyi kadrlara da sakinlərlə apardığımız sorğular sonucu narazılıq etmədiyini gördük.

                                    Neymət Novruzlu  .Vəkil Rüstəm.İlham Hacalı