Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda 193 nəfər HİV virusuna ə yoluxub.
Shafaqadogru.com xəbər verir ki, bu barədə QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradovməlumat verib.
Bunlardan 188-i Azərbaycan, 5-i xarici ölkə vətəındaşlarıdır. 188 azərbaycanlıdan 123-ü kişi, 65-i qadın olub. 4 ayda QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46 nəfər olub. İlk 4 ayda bu infeksiyasdan ölənlərin sayı 16 nəfər olub.
188 nəfərdən 89-u heteroseksual, 23-ü parenteral, 10-u homoseksual kontakt, 2-si isə anadan uşağa ötürülməklə HİV-ə yoluxub. 64 nəfərin yoluxma səbəbi bəlli deyil.