Qoç - Bir neçə əlamətdar hadisə gözlənilir. Qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə dəyişə bilər.
- Enerjiniz artacaq. Bu səbəbdən də qarşınıza qoyduğunuz planları reallaşdırma yolları haqqında düşünməlisiniz.
Əkizlər - Yeni dostlar qazanacaq, maraqlı hadisələrin şahidi olacaqsınız. Amma mübahisələrə yol verməməli, uzaq yola çıxmamalısınız.
Xərçəng - Şəxsi münasibətlərdəki soyuqluğu aradan qaldırın. Bu gün təzə xəbər eşidəcəksiniz.
Şir - Astroloji göstəricilər bu ərəfədə əksər proseslərin xeyrinizə cərəyan edəcəyini bildirir. Enerjili olacaqsınız.
Qız - İnsanlara xeyirxahlıq göstərin. Bu arada dilinizdən yalnız xoş sözlər çıxsın.
Tərəzi - Çoxsaylı səfər və qonaqlıqlarda iştirakınız labüddür. Sevdiyiniz adamların ətrafında olmaqla daxili sıxıntılarınızı aradan qaldıra bilərsiniz.
Əqrəb - Uğurlarınız kifayət qədər artacaq. Maliyyə məsələləri də qismən qaydasına düşəcək.
Oxatan - Qarşınızda olduqca səmərəli sövdələşmələr durur. İstənilən danışıqda təşəbbüskarlığı ələ ala biləcəksiniz.
Oğlaq - Şəxsi büdcənizdə bəzi problemlər ola bilər. Mövcud situasiyalardan təkbaşına qurtula bilməsəniz, etibarlı insanlara müraciət edin.
Dolça - Səbrsizlik etməyə lüzum yoxdur. Əksinə, əzmkarlığınızı artırmaqla çox şeyə nail ola bilərsiniz.
Balıq - Günü səmərəli şəkildə keçirmək üçün ətrafınızdakılarla səmimi davranın. Maraqlı səfərlər yolunuzu gözləyir.