Almaniyanın Düsseldorf şəhərində qaçqınlar yaşayan düşərgədə gecə saatlarında yanğın olub.
Almaniyadakı soydaşlarımızın Cebhe.info-ya verdiyi məlumata görə, yanğın 7 mərtəbəli düşərgənin 3-cü mərtəbəsində gecə saat 00.55-də olub.
1 saat əzində söndürülən yanğından sonra sakinlər bütün gecəni küçədə keçiriblər. Düşərgədə 300-ə yaxın sakin var. Yanğının İraqdan olan bir qaçqının otağından başlayaraq bütün mətbəyə yayıldığı deyilir. Həmin şəxs 2 il Norveçdə qaçqın kimi yaşayıb və daha sonra Almaniyaya gedib. Yanğından sonra isə yoxa çıxıb. Sözügedən düşərgədə 4 azərbaycanlı ailə qalır.
Xəzər