Husilərin siyasi şurasının sədri Mehdi əl-Maşat Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək, ondan Yəməndəki müharibənin başa çatdırılmasına dəstək verməsini xahiş edib.
Oxu.az xəbər verir ki, məktubda iki ölkənin maraqları ilə bağlı bir sıra məsələlərdən, xüsusən də Yəmənin qərb sahillərində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən hərbi əməliyyatların artmasından bəhs edilib.
Yəmən şiələrindən olan husilər "Ənsarullah Hərəkatı”nı təmsil edir və 2015-ci ildən devrilmiş prezident Əli Abdullah Salehi dəstəkləyir. Hazırkı prezident Əbd Rəbbu Mənsur Hadini Səudiyyə Ərəbistanında yaşadığı üçün Ər-Riyad Yəməndəki hərbi əməliyyatlara müdaxilə edir.