Dövlət Gömrük Komitəsində elan olunmiş kotirovka sorğularında hansı şirkətlərin iştirak etdiyi barədə ictimaiyyətə heç bir məlumat verilmir. Bu gizlilik istər –istəməz şübhələrə əsas verir.
Səfər Mehdiyevin Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinə sədr təyin olunmasından 100 gün ötüb .Bir qayda olaraq 100 gün bütün dünyada kadrların özünü təsdiq etməsi və qarşəya qoyulan vəzifələrin icrasının yürüdülməsi üçün kifayət hesab olunan vaxt kəsimi hesab olunur. O baxımdan ötən 100 gün müddətində Azərbaycanın ən problemli sahələrindən biri olan və iqtisadiyatda, o cümlədən daxili bazarda inhisarçılığın formalaşmasında birbaşa iştirak edən Dövlət Gömrük Komitəsində bu günə qədər nəyin dəyişməsi cəmiyyətdə ciddi maraq doğurur.
12 il müddətində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Səfər Mehdiyev təbii ki, gömrükdə baş verənləri "ovcunun içi kimi bilir”. Lakin buna baxmayaraq Dövlət Gömrük Komitəsinin yeni sədrinin ölkə iqtisdiyyatını iflic edən neqativləri və çox saylı problemlərin həlli üçün heç bir görünən addımları atmaması heç də bir mənalı qarşılanmır və yeni sədrin sələfi kimi qurumu kütləvi korrupsiyaya bağlı olan problemlərin üzərindən yönəltməyə cəhd eləməsi görünməkdədir.