Şəfəqə Doğru » Manşet » Rusiya xüsusi təyinatlılarına həyəcan verildi

Rusiya xüsusi təyinatlılarına həyəcan verildi

Rusiya xüsusi təyinatlılarına həyəcan verildi

Rusiya ordusunun Cənub Hərbi Dairəsində xüsusi təyinatlı qüvvələrinin təliminə start verilib.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri polkovnik Vadim Astafyev məlumat verib.

Astafyevin sözlərinə görə, təlimlərə ümumilikdə 2500 xüsusi təyinatlı, həmçinin 100 ədəd hərbi texnika cəlb olunub. Həyəcan siqnalı ilə qaldırılan ordu birləşmələri Kadamovski, Nikolo-Aleksandrovski və Molkino poliqonlarına yola düşüb.

Polkovnikin sözlərinə görə, təlim çərçivəsində Şimali Osetiya, Çeçenistan, Dağıstan və Krım ərazilərində yerləşən dağlıq poliqonlarda da kəşfiyyat-axtarış əməliyyatları üzrə hazırlıq səviyyəsinin yüksəldilməsi üçün təlim aparılacaq.