Hadisənin 04.08.2018-ci il tarixdə baş verməsinə baxmayaraq bu məsələ haqqında ictimaiyyət arasında müzakirələr səngimək bilmir. Bəzi KİV nümayəndələri məsuliyyətlərini başa düşmədən hadisəni istintaqdan yayındırmağa çalışır, fermer mərhum Sakit Nəsibova bəraət qazandırırlar. Bu isə yolverilməzdir.
Apardığımız araşdırmalr göstərir ki, bu mərhumun 8-ci işidi. Hətta, belə məsələlərin üstündə Sakit Nəsibov 1 dəfə də yatağını dəyişərək, hazırda hadisə baş verən Köçvəlli kəndinə köçürüb. Deyilənə görə adının çəkilməsini istəmədiyimiz polis zabitinə də həmin orqanda işləyən vəzifəli şəxs bildirib ki, "Sakit Nəsibov haqqında xoşagəlməz şikayətlər gəlir. Onun çobanını oradan aralayın”.
Təəssüflər ki, həmin vəzifəli şəxsin dediklərinə əməl edilməyib. Bəli, bu da nəticəsi...
Təkrar olaraq qeyd edirik ki, yuxarıda göstərilən tarixdə fermer Sakit Nəsibov ona çobanlıq edən Misir İbrahimov tərəfindən güllələnmişdir. Hadisənin mahiyyəti kimi, fermerin çobanın həyat yoldaşı Ş. Həmşəyeva ilə intim əlaqədə olması bildirilir.
Əlbəttə, hadisəyə hüquqi qiyməti hüquq-mühafizə orqanları daha dəqiq verəcəklər. Biz isə bu barədə ictimaiyyətin fikrini yazırıq.
Növbəti yazıda mərhum Sakit Nəsibovun əvvəllər kim olduğunu, var-dövlətə necə sahib olması, hansı əməllərlə məşğul olduğunu, Ağstafa Rayon Məhkəməsində işləmiş oğlunun nə üçün vəzifədən kənarlaşdırılması və digər maraqlı məsələlər barədə ətraflı yazı dərc edəcəyik.
Mərhuma yaxın olan insanların da fikirlərini dinləməyə hazırıq.
Neymət Novruzlu