Ölkəmizdə dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənir. Bu hüquq Tarif Şurasına verilib. Tarif Şurasının qiymətlərini təsdiq etdiyi dərman vasitələrinin sayı 10 mindən çoxdur. Amma bu, heç də dərmanların qiymətilə bağlı problemlərin olmaması demək deyil. Bəzi hallarda eyni dərman preparatı müxtəlif apteklərdə müxtəlif qiymətlərlə təklif olunur.
Bu cür halla bağlı Cebhe.info-ya da müraciət olub. Budəfəki problem "Flarex” adlı dərmanla bağlı yaranıb. Şikayətçi deyir ki, bu çətin tapılan dərmanı hər aptek bir qiymətə satır və qiymət 6.50-dən 10 manatadək yüksəlir.
Qeyd edək ki, beynəlxalq təcrübədə də dərmanların qiymətləri tənzimlənir. Azərbaycanda dərman vasitələrinin qiymətləri tənzimlənərkən 10 istinad ölkəsi nəzərə alınır. Qiymət müəyyənləşərək, istehsalçı qiymətləri əsas rol oynayır. Bunun üzərinə Nazirlər Kabinetində müəyyənləşən marjalar, ƏDV əlavə olunmaqla sabit qiymtlər müəyyənləşdirilir. Dərmanların tənzimlənməsi üçün istinad olan ölkələr Bolqarıstan, İspaniya, Fransa, Yunanıstan, İtaliya, Macarıstan, Polşa , Türkiyə Portuqalya və Sloveniyadır. Qeyd edək ki, qiymətlər tənzimləənərkən dolların məzənnəsi də nəzərə alınır.
Belə olan halda niyə bir sıra dərmanlar fərqli qiymətlərlə təklif olunur? Bu dərmanlar Tarif Şurasının siyahısına daxil edilməyib? Və ya ölkəyə gətirilən və istifadə olunan dərmanların hamısı niyə həmin siyahıya salınmır?
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Cebhe.info-ya açıqlamasında bildirib ki, nazirlik dərmanların qiymətlərinə nəzarət etmir. Nazirliyin Analitik Ekspertiza Mərkəzi yalnız dərmanların keyfiyyətinə nəzarət edir.
Tarif Şurasının mətbuat xidməti ilə əlaqə saxlamaq cəhlərimiz baş tutmayıb.