Şəfəqə Doğru » Manşet » Bağça müdirəsini söyən Beyləqanın başçısı prezidentin gəlişinə drenajı 30 minə satıb – FAKT Bu gün, 07:58 Bağça müdirəsini söyən Beyləqanın başçısı prezidentin gəlişinə drenajı 30 minə satıb –

Bağça müdirəsini söyən Beyləqanın başçısı prezidentin gəlişinə drenajı 30 minə satıb – FAKT Bu gün, 07:58 Bağça müdirəsini söyən Beyləqanın başçısı prezidentin gəlişinə drenajı 30 minə satıb –

Bağça müdirəsini söyən Beyləqanın başçısı prezidentin gəlişinə drenajı 30 minə satıb – FAKT Bu gün, 07:58 Bağça müdirəsini söyən Beyləqanın başçısı prezidentin gəlişinə drenajı 30 minə satıb –
Azərbaycanda dəyişiklik növbəsi çoxdan yetişən bölgələrdən biri Beyləqandır

İcra başçısı Vaqif Abdullayevin təqaüdə göndərilməsi istisna edilmir. 

Belə gözləntilər var ki, prezidentin rayona səfərindən sonra Beyləqana yeni rəhbər təyin edilə bilər. Prezident İlham Əliyevin Beyləqan rayonuna səfəri gözlənilir və Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev hazırda xarabazara çevirdiyi rayonu abadlaşdırmaq üçün bütün imkanlarını səfərbər edib. 

Lakin icra başçısının rayonu vaxtında abad hala sala bilməsi üçün ciddi maliyyə sıxıntısı çəkdiyi bildirilir.

Pia.az-a Beyləqandan daxil olan şikayət məktubuna əsasən icra başçısı maliyyə sıxıntısını həll etmək üçün çıxış yolu da tapıb. Belə ki, şikayətçilərin iddasına əsasən Vaqif Abdullayev rayon mərkəzindəki bütün boş torpaqları satışa çıxarıb. 

https://dunyaxeber.info/index.php/olke/item/4797-beylaegan-n-idzra-bashch-s-hagda-shok-iddia-belae-deyirlaer

Həmin əraziləri isə əlində pul olan sahibkarlar, iş adamları alırlar. Buna baxmayaraq görünür ki, əlim-yandı satışa çıxarılan ərazilərdən əldə olunan gəlir Vaqif Abdullayevin problemini tam olaraq həll etməyib. 

Ya da icra başçısı ərazilərin satışından əldə olunan pulların bir hissəsini adətinə uyğun olaraq mənimsəyib. Çünki Vaqif Abdullayev Beyləqan şəhərinin əsas drenaj xəttini də dolduraraq satıb və faktiki olaraq rayon mərkəzini ekoloji fələkətin ağuşauna buraxıb.

Beyləqan sakinləri bildirirlər ki, icra başçısı rayon bazarının yaxınlığında yerləşən və Beyləqan şəhərinin qrunt sularının çəkən drenaj kollektorun bir hissəsini dolduraraq 30 min manata satıb. 

Vaqif Abdullayev bununla bağlı şikayətçilərə bildirib ki, ölkə prezidentinin rayona səfəri gözlənilir və o, məcburən rayonda abadlıq işləri aparmalıdır. 

Abadlıq işlərinin aparılması üçünsə vəsait yoxdur. İcra baçısı hətta şikayətçilərə rişxənd edərək onu da əlavə edib ki, əgər sakinlər gərəkli vəsaiti toplayıb versələr, onda o da drenaj kollektorun satışından imtina edər...

Sözlərinə davam edən icra baçısı vurğulayıb ki, ona rayonda təcili abadlıq işlərinin aparılması ilə bağlı Prezident Adminstrasiyasının kuratoru Əflatun müəllim tapşırıq verib və Əflatun müəlliminin də satılan ərazilərdən xəbəri var. Bununla icra baçısı şikayətçilərin yuxarılara şikayət etməyin anlamsız olduğna işarə vurub.

Sakinlər isə bildirirlər ki, qrunt sularını çəkib aparan drenaj kollektorun doldurulmasından sonra payız aylarından başlayaraq rayon mərkəzində qrunt suları yüksələcək və çirkab, palçıq əlindən addım atmayacaq olmayacaq. 

Həmçinin qrunt sularının yaradacağı antisanitariya müxtəlif xəstəliklərə səbəb ola bilər. Xüsusən bazar ərazisində antisanitar vəziyyətin təhlükəli olacağı qeyd olunur.

Daim qalmaqalları ilə gündəmə gələn Beyləqan icra başçısı Vaqif Abdullayev bu dəfədə növbəti biabırçılığa imza atıb.

Beyləqandan MilliYol-a daxil olan məlumata görə rayon rayon icra başçısı Vaqif Abdullayev Təzəkənd kənd sakinləri ilə keçirtdiyi səyyar görüşdə, kəndin baxça müdirəsi Müjgan Quliyevanı küçə söyüşləri ilə təhqir edərək zaldan qovub.

Təzəkənd kənd sakinləri iddia edirlər ki, başçı onlarla keçirtdiyi görüşdə içkili vəziyyətdə olub və çox vaxt nə danışdığının fərqində olmayıb. 

Lakin icra başçısı baxça müdirəsini zaldan qovmaqla da kifayətlənməyib. Daha sonra Vaqif Abdullayev onu işdəndə də azad edib.

MilliYol-a daxil olan məlumata görə icra başçısının təhqir etdiyi baxça müdirəsi Müjgan Quliyeva Beyləqan rayon icra hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Quliyevin qızıdır.

İcra hakimiyyətindəki mənbənin verdiyi məlumata görə Vaqif Abdullayev Müjgan Quliyevanı 1 ilə yaxın imiş ki, Təzəkənd baxça müdiri təyin edibmiş. 

İcra başçısı baxça müdirini vəzifəyə pulsuz qoysa da sonradan dəfələrlə atası İlqar Quliyevdən hesab istəsə də istəyinə nail olmayıb. Sadəcə bir dəfə şöbə müdiri Vaqif Abdullayevə min (1000) manat pul verib ki, bu da başçının qəzəbinə səbəb olub.

Məlumatda bildirilir ki, başçı tələm-tələsik işdən çıxartdığı şöbə müdirinin qızı Müjgan Quliyevanın yerinə birinci müavini Telman Məstanovun bacısı gəlini Xanım Bayramovanı təyin edib. Yeni baxça müdirinin isə Vaqif Abdullayevə 5 min manat hesab verdiyi iddia olunur.

İcra başçısının gənc xanım baxça müdirinə qarşı dediyi əxlaqdan kənar sözlər Təzəkənd sakinlərinində etirazına səbəb olub və bir çox vətəndaş səyyar görüş yerini tərk ediblər.

Hadisədən sonra baxça müdirinin həyat yoldaşı Beyləqan rayon icra hakimiyyətinə gələrək icra başçısı ilə görüşmək istəsədə Vaqif Abdullayev görüşdən yayınıb. 

Bundan sonra Müjgan Quliyevanın həyat yoldaşı qaynatası İlqar Quliyev arasında İcra hakimiyyəti binasında söz söhbət, dava dalaş baş verdiyi bildirilir.

(https://webcache.googleusercontent.com/searchq=cache:n58z41pVQVMJ:milliyol.az/news.php%3Fid%3D36937+&cd=3&hl=az&ct=clnk&gl=az)
Bundna əlavə, Beyləqan Rayon İcra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi, son vaxtlar daha çox adı konfliktdə olan yerli məmurlardan mətbuata informasiya ötürməkdə hallanan Bakir Balakişiyevin "səkisalma”, "abadlıq işləri” adı altında büdcə pullarını talaması danılmaz bir faktdır.

Xəbəral.az-a istinadən xəbər veririk ki, artıq şəhər meri özünün qanunsuz işlərinə icra başçısı Vaqif Abdullayevi də şərik edib. 

Rayondan əldə etdiyimiz məlumata görə, Bakir Balakişiyev danlayaraq dilini dinc saxlamasını deyib. Harda gəldi icra başçısını özünə korrupsiya ortağı etməsin. 

Mənbə iddia edir ki, icra başçısı Bakir Balakişiyevdən çəkinir. Çəkindiyi də ona görədir ki, meri onu şantaj edə bilər. 

Bu da icra başçısının reputasiyasını laxlada bilər. Onsuz da Vaqif Abdullayevin adı yetərincə qalmaqallı işlərdə çəkilib. Tək elə 2016-cı ilin şəhərin abadlaşması üçün ayrılmış büdcə vəsaitilə görülən işlər arasında müqayisə aparsaq hər şey aydın olacaq.

Demək şəhər büdcəsinə ayrılan 90 min manata ötən il Sevil Qazıyeva küçəsində (xəstəxanaya gedən yolda) 9 işıq dirəyi, polis şöbəsinin qarşısında cəmi 10 işıq dirəyi basdırılıb. Bununla da Bakir Balakişiyev şəhərin işıqlandırma sistemini təzələməyi yekunlaşdırıb. 

Üstəlik hər biri 700 manata alınan dirəkləri 1250 manata sənədləşdirməyi unutmayıb. Bundan əlavə polis şöbəsinin qarşında yola eni 1 metr, uzunluğu 250 metr tamet vurulub. 

Şəhərin bir-iki yerində də asfalta yamaq vurulub. Vəssalam, 90 minlik büdcə bu "işlərə” guya xərclənib. Ən azı 30 min manat Bakir Balakişiyevin şəxsi büdcəsinə transfer olub. 

Bakir Balakişiyevin hər yerdə oturub, durub danışdığına görə, o, bu pulu tək xərcləməyib. İcra başçısı da bu işdə ortaqdır. 

Beyləqanda hər kəs yaxşı bilir ki, Bakir Balakişiyevin əsas qazancı şəhər küçələrindəndi. Məlumatlarda qeyd olunur ki, Beyləqanda bütün səkisalma maxinasiyasını Bakir Balakişiyevin ortağı Mobil Həsənov reallaşdırır.

Bu həmin Mobil Həsənovdur ki, mətbuatda onun "STAR 2017” MMC-nin rəhbəri olduğu yazılıb. Məlumatda vurğulanır ki, bu günə qədər Mobil Həsənovun arxasında dayanan və şirkətinin konkret korrupsiya piramidasını quran isə şəxs Bakir Balakişiyevdir. 

Şəhər meri məhz ortağı ilə birləşərək il boyu səkisalma, asvaltlanma adı altında dövlət büdcəsini talamaqla məşğuldur. 

O da bildirilir ki, Bakir Balakişiyevin əldə etdiyi qanunsuz vəsaitlər təkcə səkisalma və abadlıq işləri ilə bitmir. Belə ki, şəhər meri tabeçiliyində olan 6 uşaq baxçasına aylıq ayrılan ərzaq mallarından da oğurlamaqla məşğuldur.

Hələ bir neçə öy ölkə mətbuatında Bakir Balakişiyevin Beyləqan uşaq baxçalarını ətlə təmin edən "Meyvəli” firmasının Ağcabədi filialının rəhbəri ilə sövdələşməyə gedərək 1 ton əti mənimsəməsi faktı işıqlandırılmışdı. 

Bakir Balakişiyev vəzifəsindən sui-istifadə edərək körpə uşaqlar üçün dövlətdən ayrılan bir çox ərzaq mallarını hər ay, bağça müdiri işləyən həyat yoldaşının əli ilə yoxa çıxartdırmasını isə Beyləqanda hər kəs yaxşı bilir. 

Şəhər Merinin öz əməllərinə həyat yoldaşını da şərik etməsi isə onun korrupsiya gücünün hansı səviyyədə olduğunu açıq -aydın ortaya qoyur. 

Beyləqanda bu gün bütün bağça müdirlərinə aylıq 100 manat haqq qoyulub ki, bu qanunsuz pul birbaşa Bakir Balakişiyevin cibinə gedir.

Bundan başqa onu da deyə bilərik ki, hazırda 1 saylı uşaq bağçasında şəhər merinin korrupsiya havaları əsir. Çünki 1 saylı uşaq bağçası 140 yerlik olsa da burada gün ərzində 20-30 uşağı bir arada görmək mümkündür.

Cahan.info