Şəfəqə Doğru » Manşet » 8 YAŞLI HÜSEYNİ OĞURLAYAN SAXTA İŞİD-Çİ DANIŞDI – VİDEO

8 YAŞLI HÜSEYNİ OĞURLAYAN SAXTA İŞİD-Çİ DANIŞDI – VİDEO

8 YAŞLI HÜSEYNİ OĞURLAYAN SAXTA İŞİD-Çİ DANIŞDI – VİDEO

"İŞİD-lə bağlı saytlara baxıb bu hərəkəti etmişəm”. Shafaqadogru.com ANSpress-ə istinadən xəbər verir ki, bu sözləri özünü İŞİD-çi kimi təqdim edən və 8 yaşlı uşağı oğurlayan Elnur Məmmədov deyib.

"Atasına birinci növbədə 10 min, daha sonra 20 min verəcəyini bildirdim. Saat 9-da yenidən ona zəng elədim və Ramanada sahə 2 deyilən ərazidə qara qapı var, demişdim ki, pulu qoysun ora. Pulu götürəndə polis əməkdaşları məni yaxaladılar”, – deyə təqsirləndirilən şəxs bildirib.

E.Məmmədov 8 yaşlı Hüseyn Ramazanlını mayın 9-da qaçırıb. Bu haqda polis əməkdaşlarına uşağın atası Elnur Ramazanlı məlumat verib. Ata bildirib ki, mobil telefonuna dəfələrlə zəng edilərək oğlu Hüseyni girov götürülməsi barədə məlumat verilib. Elnur Məmmədov uşağın azad edilməsi müqabilində 30 000 manat pul istəyib, polisə bu barədə məlumat veriləcəyi təqdirdə Hüseynin valideynlərini uşağın orqanlarını çıxarıb satacağı ilə şantaj edib.