Bakıda uşaqlar üçün əyləncə və ad günləri təşkil edən şirkət rəhbəri azyaşlılara Ermənistan istehsalı olan şokoladlar paylayıb.
Yerevanda istehsal olunan şokoladlar dünən İçərişəhərdə yerləşən "Salam Baku" restoranında azyaşlı üçün təşkil olunan doğum günündə uşaqlara verilib.
Sonradan şokoladın üzərində istehsal olunan ölkəni görən valideynlərdən biri ad gününü təşkil edən "Lully's Candy Bar and Wedding" şirkətinin əməkdaşlarına öz etirazlarını bildiriblər.
Məsələ ilə bağlı açıqlama verən "Lully's Candy Bar and Wedding" şirkətinin rəhbəri Sevinc Məmmədova faktı Unikal.org-a təsdiqləyib:
"Hadisə dünən paytaxtda keçirilən ad günü mərasimində baş verib. "Salam Baku" restoranında keçirilən ad günündə bu şkoladları uşaqlara paylamışıq. Amma hansı ölkədə istehsal olunduğunu bilmirdim. Şokoladın üzərində yazılar kiçik şriftlərlə olduğu üçün fikir verməmişdim. Bu şokoladları Kislovodskdan özüm üçün almışdım. Məclisə qoyduğumuz şokoladların daha çox görünməsi üçün bunlardan da istifadə etdim. Sözügedən şokoladların Ermənistan istehsalı olduğu mənə deyildikdən sonra bundan xəbərdar olmuşam".