Şəfəqə Doğru » Manşet » Qarabağla bağlı yeni mitinq qərarı var

Qarabağla bağlı yeni mitinq qərarı var

Qarabağla bağlı yeni mitinq qərarı var
"Qarabağ" İctimai Komitəsi işğal olunmuş ərazilərin azad edilməsi tələbilə noyabrın 24-də mitinq keçirilməsi barədə qərar qəbul edib. 

Bu barədə "Qarabağ" Komitəsinin məlumatında deyilir.

Mitinqin keçirilməsi haqda qərar Komitənin 10 oktyabr iclasında qəbul edilib. "Qarabağa azadlıq!" şüarı ilə mitinq saat 15:00-dan 17:00-dək "İnşaatçılar" metro stansiyasının yaxınlığında keçiriləcək. Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq bildiriş göndərəcəklər.

"Qarabağ" Komitəsi oktyabrın 29-da analoji mitinq keçirib. Mitinqdə Azərbaycan ərazilərinin azad edilməsi üzrə antiterror əməliyyatına başlanması, siyasi islahatların həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə üzrə real tədbirlərin qəbul edilməsi, veteranların və şahid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi tələb edilib.

"Qarabağ" Komitəsi bu ilin yayında təsis edilib. Məqsəd kütləvi aksiyalar, elmi konfranslar, sərgilərin və s. keçirilməsi ilə Qarabağ münaqişəsini daim ictmaiyyətin diqqətində saxlamaqdır.

Quruma 17 ictimai birlik və hərəkat daxildir. Bunlar Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, İslam Partiyası, Ağ Partiya, Milli Demokrat Partiyası, Qarabağ Qaziləri Təşkilatı və digərləri, həmçinin fərdi qaydada 13 Qarabağ müharibəsi qazisi daxildir.