Şəfəqə Doğru » Manşet » Azərbaycan regionda ABŞ üçün strateji baxımdan son dərəcə vacib ölkədir – Bolton

Azərbaycan regionda ABŞ üçün strateji baxımdan son dərəcə vacib ölkədir – Bolton

Azərbaycan regionda ABŞ üçün strateji baxımdan son dərəcə vacib ölkədir – Bolton

Birləşmiş Ştatlar Cənubi Qafqazı özü üçün strateji baxımdan son dərəcə mühüm region hesab edir.


 

Shafaqadogru.com ” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Azərbaycanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Amerikanın səsi” teleradio şirkətinə müsahibəsində deyib.

"Biz Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji baxımdan son dərəcə mühüm region hesab edirik. Söhbət, xüsusilə, Rusiya və İranla eyni zamanda həmsərhəd olan yeganə ölkədən – Azərbaycandan gedir”, – deyə o bildirib.

Con Bolton "Amerikanın səsi” radiosuna müsahibəsi zamanı ABŞ prezidenti Donald Trampın Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandıra biləcəyini istisna etməyib.