Ramiz Əmirov 2006-cı ilin iyul ayından Rayon İcra Hakimiyyəti Başçısının 175 nömrəli sərəncamı ilə İmişli Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Shafaqadogru.com Cahan.info-ya isdinadən xəbər verir ki, bu müddətdə üç təhsil naziri dəyişib. Misir Mərdanov, Mikayıl Cabbarov və hazırkı nazir Ceyhun Bayramov təhsilə cavabdeh olsalar da, İmişli RTŞ yada düşməyib. 12 ildir ki, İmişli təhsili kadr islahatları aparılmadığı üçün yerində sayır.
Bir neçə ay əvvəl Qafqazinfo-yaüz tutan İmişlinin Sərxanlı kənd 1 saylı tam orta məktəbinin rəsmxətt müəllimi Xəyal Yusifov Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun onu təhqir etdiyini bildirmişdi.
Müəllim şikayətində bildirib ki, dərs saatı az olduğu üçün şöbə müdirinin qəbulunda olub. Bu zaman R. Əmirov onu təhqir edərək qovub: "Dərs saatımın artırılması üçün Təhsil Şöbəsinə müraciət etdim.
Kobud insan olduğunu bilirdim, ancaq bu qədər də gözləmirdim. O məni təhqir edib otaqdan qovdu. Rayonda rəsmxət müəllimi onsuz da azdır. Ancaq dərsi bizə yox, qeyri-ixtisas müəllimlərinə verirlər”.
Bir zaman rayonun Xoşçobanlı kənd məktəbininn təsərrüfat şöbəsinin müdiri Vüqar Bağırov da nazirə yazmışdı ki, Ramiz Əmirov təhsili bazara çevirib. Bunun nəticəsidir ki, artıq nüfuzlu müəllimlər təhsilə «əlvida» deyib.
Ramiz Əmirov bu vəzifəyə bacarıqlı maşın alverçisi kimi bazardan gəlibmiş. 2016-cı ildə Hesablama Palatasının İmişli Təhsil Şöbəsində apardığı yoxlamanın nəticələri, mənimsəmə faktları, Təhsil Nazirliyinə tabe olan qurumun 170 min manat cərimə edilməsinin açıqlanması, mətbuat səhifələrində də geniş yer alması ümid yaradırdı ki, bu biabırçılığa son qoyulacaq. Ancaq görünür Ramiz Əmirovu müdafiə edən sehirli əllər buna imkan vermirlər.
Gözləmək olardı ki, rayonda təhsillə bağlı kütləvi narazılıqlar Təhsil Nazirliyinin apardığı müəyyən islahatlar müqabilində diqqət çəkəcək, müvafiq tədbirlər görəcəkdir.
Lakin nazirliyin astagəlliyi rayonda Ramiz Əmirovun əl-qolunu daha da açdı, şöbəni öz qaydaları ilə idarə etməkdə davam etdi.
Ötən il isə bir məktəb direktoru tapıldı ki, müdirin kifayət qədər pul aldığı bir nəfəri məktəbə lobarant götürməyə etiraz etmişdi.
Bu, özünü toxunulmaz hesab edən Ramiz Əmirovun xatirinə dəydi, böyük bir komissiya göndərərərək həmin məktəbi yoxlatdı. Mübahisəyə Təhsil Nazirliyi səviyyəsində baxıldı.
Nuh.az yazmışdı ki, nazirliyə məlumat vermiş direktorlar əməlli-başlı təzyiqlərə məruz qalıbmış. Hətta müəllimləri, valideyinləri yanına çağıraraq müdir ondan şikayət etmiş direktorlar haqqında böhtanlar yazmağa təhrik etmişdi.
Hazırda isə Ramiz Əmirov öz adəti üzrə, tələblərinə uyğun kadrları yerləşdirməkdə, müəllimləri müqavilə ilə işə götürməkdə davam edir.
Sayt yazmışdı ki, bir müəllimdən 5 min manat almış, onu müddətsiz işə qəbul etdiyini bildirmişdi. Lakin valideyn belə bir əmrin ancaq təhsil nazirliyinin verə bildiyini öyrəndikdən sonra pulunu geri tələb edir.
İmişlinin ətrafında olan 7-8 rayonun RTŞ müdirləri bu kimi əməllərinə görə işdən azad edildiyi halda maraq doğurur, görəsən Ramiz Əmirov kimə arxalanır?
Mətbuatda yayılmış məlumatlarda göstərilir ki, İmişli rayon Təhsil Şöbəsinin müdiri hər il orta məktəbləri yeni invertalların alınması adı altında külli miqdarda dövlət vəsaitini mənimsəyir.
Bundan əlavə bildirilir ki, məktəblərə ayrılan gündəlik dizel yanacağının pulu da Ramiz müəllimin cibinə gedir ki, bu da heç də az vəsait deyil. Əmirov orta məktəb dərsliklərini rayon bazarına çıxarıb satdırmaqdan da çəkinmir.
Ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, şagirdlər arasında dərsə davamiyyətin aşağı səviyyəyə endirilməsi və sairə kimi neqativ hallarla yanaşı bu Təhsil Şöbəsi üçün spesifik olan neqativ hallardan biri də repetitorluq məsələsidir. Mediada işıqlandırılmış bu iddialarla bağlı hörmətli təhsil şöbəsi müdirinin müsahibəsini dərc edə bilərik.