Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xocalı (Goranboy) rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmiş Abbasov Qalib Aydın oğlu barəsində cinayət işi açılıb.
Shafaqadogru.com oxu.az-a istinadən xəbər verir ki, Q.Abbasov vəzifədə işlədiyi 2008-2015-ci illərdə Adıgözəl İsgəndərovla aralarında yaranan dost münasibətindən istifadə edərək, onu işə düzəltmək adı ilə ayrı-ayrı vaxtlarda ümumilikdə 16 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Bildirilir ki, Q.Abbasov, söz verdiyi kimi, dostunu işə düzəltməyib.
Bundan sonra A.İsgəndərov hüquq-mühafizə orqanlarına müraciət edib.
Q.Abbasova qarşı istintaq orqanı tərəfindən dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.