Nazirlər Kabineti "Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması”nı təsdiq edib.
Shafaqadogru.com xəbər verir ki, forma "Torpaq icarəsi haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” fərmanın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə olunub.
Qəbul olunmuş formada iqtisadi əsaslandırılmanı təqdim edən subyekt barədə məlumat öz əksini tapmalı, icarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə informasıya tam göstərilməlidir.
Bundan başqa təsərrüfat fəaliyyətinin istiqamətləri, təsərrüfat fəaliyyəti nəticəsində əldə edilməsi proqnozlaşdırılan məhsuldarlıq göstəriciləri öz əksini tapmalıdır.