Millət vəkili Nizami Cəfərovun qohumu Zəlimxan kəndinin icra nümayəndəsi Sakit İsgəndərov”babam mənə kor deyib,gələnə gedənə vur deyib”prinsipi ilə”qaç atım basdı”edərək kəndin bütün örüş torpaqlarını zəbt etmiş və öz şəxsi əkin sahələrinə çevirmişdir.Kənd camaatının heyvanlarını otarmağa örüş sahəsi yoxdur deyə adının çəkilməməsini xahiş edən kənd sakinlərindən bir neçəsi bildirir və nədənsə qorxularını gizlətmir və "arxası möhkəmdir” deyirlər.
Kənd camaatı iki ildir dogrudan da,otlaq sahəsinin olmaması ucbatından mal-qarasını və xırda buynuzlu heyvanlarını satmaq məcburiyyətində qalıb və dərdlərini kimsəyə söyləməyə cəsarət etmirlər.
Nəyə görə deyə bilmədikləri də bəlli.Milli Məclisdə nüfuzlu söz sahibi olan bir millət vəkilinin qohumundan kimə şikayət edib nəticə əldə edəsən?-deyə məlumatlı mənbə bildirir.
Artıq kənd sakinlərinin yarıdan çoxu heyvanlarını satmışdır deyə kənd cammatı əlavə edir.Araşdırmamız davam edir.Mövzuya qayıdıcayıq.
Qarşı tərəfində fikrini dinləyib dərc etməyə hazırıq.
Şəfəqə doğru.