Şəfəqə Doğru » Manşet » Putin Paşinyanı niyə təbrik etmir? – Kolerov açıqladı

Putin Paşinyanı niyə təbrik etmir? – Kolerov açıqladı

Putin Paşinyanı niyə təbrik etmir? – Kolerov açıqladı

Putin Paşinyanı təbrik etməməlidir.

Shafaqadogru.com xəbər verir ki, bunu "168 Jam” qəzetinə açıqlamasında erməniyönlü rusiyalı politoloq Modest Kolerov deyib.

"Rusiya prezidenti Paşinyanı parlament seçkisində qələbə münasibətiylə təbrik etməməlidir. Bu işə görə əsas məsuliyyət Rusiya Baş naziri Dmitri Medvedyevin və Rusiya Dumasının rəhbəri Vyaçeslav Volodinin üzərinə düşür. Reaksiyanı onlar verməlidirlər. Əgər bu pauza uzun müddət davam etsə, o zaman bunun səbəbləri barədə daha geniş danışmaq mümkün olacaq. Reaksiyanın gecikməsinin fərqli səbəbləri ola bilər. Səbəblərdən biri də Robert Köçəryanın həbsi ola bilər”, – deyə o bildirib.

Qəzetə açıqlama verən almaniyalı politoloq Aleksandr Rar isə Rusiya hökumətindən Paşinyana təbrikin gecikməsini münasibətlərdə problemlərin olduğunu göstərən əlamət sayıb:

"Bu, problemin olmasıyla bağlı mesajdır. Əgər hətta təbrik olsa belə, Rusiya tərəfi öz mesajını artıq çatdırmış oldu. Ermənistan hökuməti məsələnin nə olduğunu yəqin ki, çox yaxşı bilir”.

Qeyd edək ki, Moskva indiyə qədər Paşinyanı parlament seçkisində qələbəsi münasibətiylə təbrik etməyib. Halbuki bundan öncə Prezident Vladimir Putin Nikol Paşinyanı 8 mayda baş nazir seçilərkən ilk təbrik edən dünya lideri olub.