Şəfəqə Doğru » Manşet » Kərə yağı adı ilə satılan yağların böyük hissəsi insan orqanizmi üçün zərərlidir - AÇIQLAMA

Kərə yağı adı ilə satılan yağların böyük hissəsi insan orqanizmi üçün zərərlidir - AÇIQLAMA

Kərə yağı adı ilə satılan yağların böyük hissəsi insan orqanizmi üçün zərərlidir - AÇIQLAMA

Qida Təhlükəsizliyi Agentliyi bəzi mütəxəssislərin Azərbaycanda satışda olan və kərə yağı adı ilə satılan yağların böyük hissəsinin insan orqanizmi üçün zərərli olduğunu, onların tərkibində insan orqanizminə zərər verən palma yağlarının olması barədə söylədiyi fikirlərə münasibət bildirib.

Shafaqadogru.com open.az-a istinadən xəbər verir ki, palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir. Azərbaycanda satılan kərə yağları və qəbul etdiyimiz digər bir çox qidaların tərkibində palma yağının olması ilə bağlı tez-tez müxtəlif məlumatlar yayılır. Bildirilir ki, bu yağların əksəriyyəti insan orqanizmi üçün zərəlidir.

Palma ağacının meyvəsindən əsasən texniki və məişətdə istifadə edilmək məqsədilə iki növünə rast gəlinir: "Texniki vasitə kimi sabun və kosmetik vasitələrin tərkibində olur. Texniki vasitə üçün nəzərdə tutulan yağ məişətdə istifadə olunarsa, təbii ki, insan orqanizmi üçün zərərli ola bilər. Məişət üçün olan yağ o zaman zərərli ola bilər ki, 200 dərəcədə qaynasın. Lakin digər istənilən yağı 200 dərəcə temperaturda qaynatdıqda tərkibi dəyişir və orqanizm üçün zərərli ola bilir. Palma yağlarının indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübut olunmayıb. Hər hansı bir qida məhsulunun tərkibinin insan sağlamlığına zərərli olub-olmaması yalnız müvafiq laborator müayinələrdən sonra müəyyənləşdirilə bilər. Palma yağının Azərbaycan mətbəxində istifadə edilmədiyini nəzərə alaraq, kərə yağlarının tərkibinə palma yağının daxil edilməsinin və Azərbaycanda palma yağının qida yağı kimi istifadə edilməsinin yolverilən hal olub-olmadığına gəldildə isə Azərbaycanda bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur. Palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir. Bu yağın istifadə olunduğu məhsullara nümunə kimi müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatları sadalamaq olar. Tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə istehlakçılara təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur. Azərbaycanda ticarət şəbəkələrində satılan hər hansı bir kərə yağının təbii kərə yağı olub-olmamasını yalnız laborator müayinənin nəticəsindən sonra müəyyən etmək mümkündür. Laborator müayinədən keçməmiş heç bir məhsul haqqında fikir söyləmək mümkün deyil''.