Şəfəqə Doğru » Manşet » Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb

Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb

Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb
Ötən il ərzində respublikanın ümumi təhsil məktəblərində dövlət nümunəli olmayan təhsil sənədi ilə fəaliyyət göstərən müəllimlər aşkar edilib.

Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Təhsil Nazirliyinə daxil olmuş məktuba əsasən, ötən il respublikanın ümumi təhsil məktəblərində dövlət nümunəli olmayan təhsil sənədi ilə fəaliyyət göstərən 555 pedaqoji işçi tutduğu vəzifədən azad edilib. 

Həmin kontingent müxtəlif ixtisaslı və müxtəlif illərdə işə qəbul edilən müəllimlərdir.

Həmin təhsil sənədlərinin böyük əksəriyyəti hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialları tərəfindən verilib.