Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrüş İdarəsinin "Yalama" Gömrük postunun böyük inspektoru Novruzov Mehman Yusif Oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Shafaqadogru.com open.az-a istinadən xəbər verir ki , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə M. Novruzovun vəkili vəsatət qaldıraraq dərmanların bazar qiymətinə uyğunlaşdırılması ilə bağlı komissiyon ekspertiza keçirilməsini istəyib.
Məhkəmə verilən vəsatəti təmin edib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, M. Novruzov dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal etməkdə ittiham edilir. Belə ki, "Yalama" Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə 1 ay müddətinə "Samur" Gömrük postuna ezam olunub.
Burada o, 5 min 39 manat məbləğində dərman pereparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.
Bu yolla M. Novruzovun qaçaqmalçılıq edib və dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib.