Şəfəqə Doğru » Manşet » Müəllimindən hamilə qalan qız da danışdı: “Sinifdə tək idim… ”

Müəllimindən hamilə qalan qız da danışdı: “Sinifdə tək idim… ”

Müəllimindən hamilə qalan qız da danışdı: “Sinifdə tək idim… ”
Şamaxı rayonunda kənd orta məktəbinin müəllimindən yeddi aylıq hamilə qalan 9-cu sinif şagirdi Ayan Əliyeva (ad şərtidir-red.) da danışıb.
 
 
Shafaqadogru.com  Olkə.az-da çıxan müsahibəni təqdim edir:
 
 
– Ayan, İbrahimov Elnuru nə vaxtdan tanıyırsan, hansı fəndən dərs keçirdi?
– Yeddinci sinifdən tanıyıram, bizə tarix dərsi keçirdi.
 
 
– Həmin dövrdən münasibətiniz var idi?
– Bir kənddə yaşamışıq, amma neçə ildir burada olmurdu. İki ildir ki, bu məktəbdə dərs keçirdi.
 
 
– Bəs yaxın münasibətiniz nə zamandan başladı?
– Elə o vaxtdan mənə diqqətlə baxdığını, nəzərinin üstümdə olduğunu hiss edirdim. Amma ciddiyə almırdım, deyirdim ki, yəqin müəllimdir də elə-belə baxır. Ona görə fikir vermirdim.
 
 
– Evdə valideynlərinə demişdin ki, mənə qəribə baxır, narahat oluram?
– Valideynlərimin qorxusundan evdə heç nə demədim.
 
– Bəs necə oldu ki, sənə olan münasibətini açıqladı?
– Sinifdə tək olanda gəlib istədiyini deyirdi. O nə deyirdisə, qarşı çıxırdım.
 
 
– İntim münasibətiniz sənin öz istəyinlə olmuşdu?
– Yox, məcburi oldu.
 
 
– Onun evindəmi, məktəbdəmi?
– Gecə idi, valideynlərim də evdə deyildi. Ayaqyoluna gedəndə qəfil arxadan ağzımdan tutdu. Qışqırmaq istədim, dedi ki, şəkilləri yadına sal.
 
 
– Nə şəkillər idi?
– Məktəbdə çəkmişdi. Məcburi, məni döyə-döyə çəkmişdi.
 
 
– Həmin fotolarda bədənin açıq şəkildə görünürdü?
– Bəli.
 
 
– Ondan sonra aranızda cinsi münasibət oldu?
– Ağrılarım var idi, xəstəxanaya getdim. Uşaq altı aylıq olana qədər heç nə hiss etmirdim.
 
 
– Axırıncı dəfə Elnurla nə vaxt danışmısan?
– Elə o vaxt.
 
 
– Sənin açıq-saçıq fotolarını məktəbdə çəkmişdi?
– Bəli. Sinifdə tək idim, içəri girdi, hədələdi, şillə ilə vurdu. Dedi ki, hər şey yaxşı olacaq, qiymətlərini düzəldəcəyəm. Şəkillər də onda çəkilmişdi.
 
 
– Neçə dəfə yaxınlığınız olub, yadındadır?
– Bircə dəfə olub. Elə onda da hamilə qalmışam.
 
 
– Valideynlərin sənin övladına sahib çıxırlarmı, özün nə düşünürsən?
– Uşağı neyləyirəm, cəhənnəm olsun uşaq. Mənə uşaq lazımdır? Elə özüm uşağam da.
 
 
– Valideynlərin nə deyir?
– Tutulmağını istəyirlər. Mənim də istədiyim odur ki, tutulsun.
 
 
– Səninlə evlənmək istəsə?
– Neyləyirəm onun mənimlə evlənməyini? Arvadını yanında saxlayıb, iki uşağı da var.
 
 
– Birdən ayrılsa necə?
– Razılaşmaram.
 
 
– Məktəbdən sonra telefonla danışırdınız?
– Xeyr, mənim telefonum olmayıb.
 
 
– Bu barədə polisə ifadə vermisən?
– Bəli.
 
 
– Üzləşdirilmisiniz?
– Xeyr.