Ermənistan prezidenti Armen Sarkisyan parlament iclasının birinci günündə Nikol Paşinyanı baş nazir təyin edib.
Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Konstitusiyanın vəzifələrini rəhbər tutaraq Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan təyin edilib", - sayta yerləşdirilmiş prezident fərmanında bildirilib.