Şəfəqə Doğru » Manşet » ASTROLOJİ PROQNOZ – 26 MAY

ASTROLOJİ PROQNOZ – 26 MAY

ASTROLOJİ PROQNOZ – 26 MAY

Qoç – Səhhətinizə fikir verin. Yağlı qidalar yeməyin. Bu gün yaranan münaqişə nəticəsində ailədaxili münasibətlər pozula bilər.

 
Buğa – Şəxsi öhdəlikləriniz artdığından çox güman ki, dincəlməyə macal tapmayacaqsınız. Yeni işlər haqqında müzakirələrdə iştirak edəcəksiniz.
 
Əkizlər - Maliyyə məsələlərində uğurlarınız gözlənilir. Dostlarınızla əlaqələrinizi gücləndirin.
 
Xərçəng - Qarşınızda yorucu bir təqvim durur. Buna hazır olun. Müttəfiqlərinizlə aranızda yaranmış anlaşılmazlıq işlrinizi çətinləşdirə bilər.
 
Şir - Maddi durumunuzu yaxşılaşdırmaq haqqında düşünün. Yoxsa sizin üçün çətin olacaq. Sevgi münasibətlərində bəxtiniz gətirəcək.
 
Qız - Hər mənada düşərli gün olacaq. Sürpriz və sevindirici hadisələr sizi gözləyir.
 
Tərəzi - Mübahisəli situasiyalarla qarşılaşacaqsınız. Təmkinli olmağı bacarmalısınız.
 
Əqrəb - Sizə edilən xahişlərini yerə salmayın. Atdığınız addımlar sizə qarşı rəğbət oyadacaq.
 
Oxatan - Paralel olaraq bir neçə işlə məşğul olmağınız sizi yorur. Özünüzə vaxt ayırın. Dincəlməyə ehtiyacınız var.
 
Oğlaq - Hisslərinizi cilovlayın. Ailə üzvlərinizin məsləhətlərini qulaqardına vurmayın.
 
Dolça – Dostlardan kömək istəyəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədlərə yetişmək üçün əzmli olmalısınız.
 
Balıq - Fiziki işlərə bir qədər ara verməyiniz məsləhət görülür. Vaxtınızı istirahətə sərf edin.