Mənbə Xəbəral.az saytına bildirir ki,Sumqayıt şəhər 3 saylı poliklinkasında açıq şəkildə bazar hökm sürür. Bizə göndərilən videodan məlum olur ki, sözügedən müəssisə dövlət xəstəxanası olsa belə hər bir işin ayrı-ayrı öz qiyməti var.
Sumqayıt şəhər səhiyyəsinin müdiri bu yaxınlarda dəyişdirilsə də, köhnə qanun-qayda hələ də qalmaqdadır.Sumqayıt şəhər 3 saylı poliklinikasında xidməti qiymətlər 3 manatdan başlayır üzü yuxarı və necə deyirlər damara baxıb qan alırlar.
Xəstələrin taleyi həmin həkimlər üçün maraqlı deyil, əsas puldur.Onu da qeyd edək ki,Sumqayıt şəhər 3 saylı poliklinikasındada bu cür rüşvət hallarının mətbuatda işıqlandırılması birinci hal deyil,dəfələrlə olsa da, heç bir tədbir görülməyib.İnanırıq ki,sizlərə təqdim edəcəyimiz videodan sonra Səhiyyə Nazirliyi və aidiyyatı qurumlar öz lazımı tədbirlərini görəcəklər.
Qarşı tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq.
Shafaqadogru.com Xəbəral.az saytına isdinad olaraq həmin videoları sizlərə təqdim edirik.