Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyeva sosial şəbəkədə paylaşdığı video ilə qalmaqal yaradıb.
Shafaqadogru.com Open.az-a isdinadən xəbər verir ki, Pərvanə 6 yaşında ikən atasının ona təcavüz etdiyini iddia edib.
O, illərdir Azərbaycanda yaşadığı üçün bu məsələni dilə gətirə bilmədiyini deyib:
"Şərəfsiz, niyə mən müsabiqədə ikən ayağımdan çəkdin? Qardaşını öyrədirdin. İndi qardaşın Ağalar küçədə yatır. İtə yemək verilən kimi ona yemək verirlər. Allah sizin bəlanızı versin. Anama küçə adamı deyirdilər. Altı yaşım olanda atam Ağalar Dostəliyev mənə Zeynəb Dostəliyevanın mikrorayondakı evində təcavüz edib. Yalandan deyirəmsə, balam ölsün. İndiyəcən susmağımın səbəbi qorxmağım idi. Hazırda xaricdəyəm. Məni nənəm saxlayıb, amma nə atam, nə də bibilərim baxmayıb. Anamı bədbəxt edib, küçələrə saldılar”.
Xatırladaq ki, Pərvanə "Azəri Star”mahnı müsabiqəsində iştirak edib və mərhum xalq artisti İlhamə Quliyeva ilə dost olub. Pərvanə Nazpəri Dostəliyevanın İlhamə Quliyevadan onu pisləməsini xahiş etdiyini iddia edib.