Azərbaycanın məşhur jurnalistlərindən biri, əsasən hərb sahəsində ixtisaslaşmış Rahib Qərib, müdafiə naziri Zakir Həsənova müraciət ünvanlayıb.
Demokrat.az hərbi jurnalistin sosial şəbəkə üzərindən Zakir Həsənova ürəkdağlayan müraciətini təqdim edir:
AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİNƏ!!!
Müdafiə Nazirliyinin yeni güya NATO sisteminə görə ictimaiyyətlə işləyən idarəsi var… O ictimaiyyətin bir nümayəndəsi, illərlə ordu quruculuğunda əməyi olan biri və 2 il işsiz qalan ehtiyatda olan mayor Rahib Qərib olaraq o GENERALDAN bir xəbər belə almamışam…Azərbaycan ordusunun yarandığı gündən AzTV-dən qismən ayrılıb orduda xidmətə yazılan biri günahkardır ki, indiki Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirərək ömrünü orduda xidmətə , onun salnaməsini yaratmağa həsr edib?!
Cənab Müdafiə Naziri Zakir Həsənov, məni sizin nəşriyyatda boş və tam mənə uyğun işə dəvət etmişdilər, amma alınmadı. Dedilər ki, o iş rüşvətlə həll olunur. Sizin Rasim general əleyhinə çıxdı… Demək alan o imiş…
Cənab Zakir Həsənov, mən o nəşriyyat yaranmadan nəşriyyat və mətbəələrdə işləmişəm. Siz Sovet dönəmində Daxili Qoşunlarda gənc zabit olanda mən də SSRİ DQ-da boyük bir hərbi dairənin (орган Внутренних войск по Дальнему Востоку и Восточной Сибири-"Дальневосточный часовой” qəzetində muxbir işləmişəm. İstəsəniz sorğu verib haqqımda öyrənə də bilərsiniz Xabarovsk, 7482 saylı hərbi hissə.. O hərbi hissənin göndərişi ilə mən1987-də Sergey Mironoviç Kirov adfına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuşam.. Uzun müddət indi "diletantlara tapşırdığınız” telestudiyanın baş redaktoru olmuşam… Sizin arxivdəki Qarabağ döyüşləri və təlimlərlə , qəhrəmanların döyüş yolu ilə bağlı onlarla, bəlkə də yüzə yaxın sənədli filmim var. Ordu quruculuğundan, ordunun həyatından bəhs edən AzTV-də efirə verilən "AND” verilişləri var. 1992-ci ildən bu yana AzTV-də AND verilişi olaraq efirə gedən o verilişlər də əslində hər biri bir filmdir..
Cənab nazir, sizin övladlarınız hansı təminatdadır bilmirəm. Amma mənim 15 yaşlı oğlum restorana yeməkdaşıyan kimi işə düzəlmək istəyir ki, mənə kömək eləsin.. Mən onun bu qərarından çox xəcalət çəkdim… Siz yəqin ki, övladlarınızdan arxayınsınız… Zaman çoz qəddar bir ölçüdür…. Mən hər şeyi zamanın hökmünə buraxmışam həmişə… Amma bəzən sözümü demədiyimə, səsimi qaldırmadığıma görə peşiman olmuşam…
Mənə cavab verməsəniz növbəti müraciətim mənə 1993-cü ildə MN Baş Qərargahında mənzil siyahısında olmağıma baxmayaraq mənzil verməyən Səfər Əbiyevdən, Müdafiə Nazirliyindən və sonda Sizdən əvvəl mənzil verən, yaradıcılıq şəraiti yaradan Ali Baş Komandana olacaq. Bilirsiniz niyə?
Çünki, mənim Ali Baş komandanım mənə mənzili ona görə verməyib ki, burda yatıb durum… Cənab müdafiə naziri bizim Ali Baş Komandanımız mənə daha yaxşı və məhsuldar işləmək üçün şərait yaradıb… Sizin tabeliyinizdə olanlarsa buna mane olurlar deməzdim, tam sədd çəkirlər… Tezliklə çox ciddi və sərt qərarınızı gözləyirəm…
Bəlkə də Siz indi yatırsınız… Amma, cənab müdafiə naziri, mən yata bilmirəm, anasız böyütdüyüm iki övladımın SABAHINI düşünürəm. Siz ətrafınızı nəzərdən keçirib dediym məsələlərə diqət yetirsəniz mən də rahat yatıb duracagam…
VƏTƏNİM AZƏRBAYCANA XİDMƏT ETMƏK İSTƏYİRƏM!!!