"Bu təyinat daxili işlər orqanlarının bundan sonrakı uğurlu fəaliyyətini şərtləndirəcək”
Bəzi Qərb ölkələrində alıcı narkomanların cinayət məsuliyyətindən azad edildiyi, onların cinayətkar deyil, xəstə obrazının formalaşdığı hər kəsə bəllidir. Pribaltika və Gürcüstan nümunələri Qərbin məlum təcrübəsinin tədricən post-sovet məkanına da yol açdığını göstərir.
Maraqlıdır, bu təcrübənin ölkəmizdə tətbiqi mümkündürmü? Bunun ölkəmiz üçün hansı nəticələri ola bilər?
Moderator.az olaraq bu və bu kimi suallara sabiq polis rəisi, tanınmış hüquqşünas, polis polkovniki Mahmud Hacıyevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
I hissə burada: https://www.moderator.az/news/286864.html
-Mahmud müəllim, bəlli bir müddətdir ki, apteklərdə bəzi ağrıkəsicilərin satışına qadağa qoyulub. Yəni bu dərmanalr xüsusi reseptlər əsasında məhdud miqdarda satılır. Sizcə bu ağrıkəsicilərin satışının yasaqlanması kəskin tutmalardan əziyyət çəkən narkomanların həyatını daha da çətinləşdirən bir addım kimi xarakterizə oluna bilərmi?
-Haqlı olaraq qeyd edirsiniz ki, bir müddət əvvəl apteklərdə kəskin ağrıkəsici dərmanların satışına qadağa qoyulub. Bu dərmanlardan ən çox narkomanalr istifadə edir. Onların "lomka”sı tutanda bundan əziyyət çəkir, ağrıdan özünə və ya doğmalarına xəsarət yetirir, aqressivləşir. Onlar əvvəllər apteklərdəki bu ağrıkəsicilərədn istifadə edə bilirdi. Indi isə bu dərmanlardan istifadə yasaqlanıb. Indi bu məsələ müəyyən əmr və sərəncamlarla idarə olunur. Düşünürəm ki, bu məsələdə də dəyişikliyə ehtiyac var. Çünki məlum dəyişiklikdən sonra narkomanlar bu ağrıkəsicidini aptekdən ala bilmir. Buna qadağa qoyulub. Aptek həmin dərmanı onlara vermir. Belə olan təqdirdə narkoman xəstə məcburiyyət qarşısına qalıb başqa yollara əl atır.
-"Başqa yol” dedikdə konkret olaraq nəyi nəzərdə turtusunuz?
-Məsələ ondadır ki, narkotik maddə həmin ağrıkəsicidən qat-qat bahadır. Ağrıkəsici olmayanda həmin şəxs cinayətə gedir. Oğurluq edir, soyğunçuluq edir ki, pul əldə etsin və həmin narkotik maddəni ala bilsin. Yəni yenidən həmin şəxs cinayətə gedir. Nəticədə cinayətlırin sayında da artım yaranır. Həmin şəxs həm cinayət edir, həm də yenidən narkotik amddələrin qəbuluna başlayır. Həm özünə, həm də ətrafdakılarına ziyan vurur. Bu, olduqca incə məqamdır. Hesab edirəm ki, bu məsələ hüquqi-normativ aktlarla tənzimlənməli, qaydasına salınmalıdır.
-Mahmud müəllim, sizcə bu problemin hüquqi-məntiqi şəkildə tənzimlənməsi narkomanlar tərəfindən törədilən cinayətlərin sayının azalmasına da təsir göstərə bilərmi?
- Əgər bu məsələ lazımınca tənzimlənsə, həm narkomanların sayında, həm də törədilən cinayətlərin sayında bir azalma meydana gələcək. Yəni iki baxımdan böyük fayda əldə ediləcək. Bu isə heç də az uğur deyil.
-Müsahibə zamanı səsləndirdiyiniz fikirlərdən belə anlaşıldı ki, biz də sivil ölkələr kimi alıcı narklomanlara, bu bəlaya mübtəla olan şəxslərə cinayətkar deyil, daha çox xəstə kimi yanaşmalıyıq. Deməli, hesab edirsiniz ki, Azərbaycan da Pribaltika ölkələri və bəzi Avropa dövlətləri kimi problemi bu aspektdə yanaşmalıdır?
-Bəli, buna getmək olar. Bu cür xəstələrə cinayətkar kimi baxmaq olmaz. Lakin bu məsələdə narkotikin miqdarından tutmuş digər müvafiq hüquqi-qanuni aktların işlənib hazırlanmasına qədər bir çox məsələyə diqqət yetirmək lazımdır. Mən də hesab edirəm ki, xəstələri həbs etmək o qədər də doğru yanaşma deyil.
-Mahmud müəllim, artıq iki aya yaxındır ki, daxili işlər naziir postunda general-polkovnik Vilayət Eyvazov qərar tutub. Bu təyinatı daxili işlər orqanlarının uğurlu fəaliyyəti baxımından necə dəyərləndirirsiniz?
- Nazir təyinatı düzgün və yerində oldu. Cənab nazir peşəkardır. Daxili işlər orqanlarının strukturunu gözəl bilir. Şəxsi heyəti çox yaxşı tanıyır. Kimin hansı potensaiala malik olduğunu dərindən bilir. Daha dəqiq desək, kimin necə nəfəs aldığı ona yaxşı məlumdur. Bu isə daxili işlər orqanlarının uğurlu fəaliyyətini təmin etmək baxımından olduqca vacibdir.
Daxili işlər orqanları əvvəllər də cinayətkarlığa qarşı ciddi mübarizə aparılıb. Ictimai asayişin qorunması, cinayətkarlğa qarşı mübarizə sahəsində bundan sonra da ciddi mübarizənin aparılacağına əminəm. Əminəm ki, Vilayət Eyvazovun bu mühüm posta təyinatı daxili işlər orqanlarının bundan sonra da uğurlu fəaliyyətini şərtləndirəcək, onun müvəffəqiyyətli fəaliyyətini təmin edəcəkdir.
Seymur ƏLİYEV