Şəfəqə Doğru » Manşet » "...Qarşınızda mən varam"-Zümrüd Yağmur qızı haqqında danışdı

"...Qarşınızda mən varam"-Zümrüd Yağmur qızı haqqında danışdı

"...Qarşınızda mən varam"-Zümrüd Yağmur qızı haqqında danışdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, tanınmış yazıçı Zümrüd Yağmur qızı Selcan Yağmurun atası ilə bağlı açıqlamasını təsdiqləyib.
  Axar.az saytının yazdığına görə, o, bu barədə Feysbukda yazıb. Ötən gün S.Yağmurun Feysbuk statusundan sonra onun üstünə gələn, onu tənqid edən AXCP-çilərə Z.Yağmur müraciət edib :


"Bu gün mən kifayət qədər səbrli davrandım. Amma Selcanı mental xəstə çıxarmağa cəhd edənlər, qarşınızda mən varam. Selcan nə xəstədir, nə də yalançı... 18 yaşlı bir gənci linç edənlər, sizin vicdanınız varmı ki, ona xitab edim?" – o qeyd edib.
Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur ötən gün sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.

 

Şəfəqə doğru