Şəfəqə Doğru » Manşet » Azərbaycanda jurnalistlərə təzyiq pislənilir-Freedom Hause müraciət yaydı

Azərbaycanda jurnalistlərə təzyiq pislənilir-Freedom Hause müraciət yaydı

Azərbaycanda jurnalistlərə təzyiq pislənilir-Freedom Hause müraciət yaydı
Freedom House hüquq müdafiə təşkilatı bir sıra ATƏT ölkələrində - Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna və onun ərazisi olan Krımda jurnalistlərə təzyiq və onların təqibi faktlarını pisləyib.

Təşkilatın Varşavada yeni başa çatmış İnsan İnkişafı üzrə tədbirində iştirakçılara ünvanladığı müraciətdə deyilir ki, bu ölkələrdə jurnalistlərin təqibinə son qoyulmur.


Xüsusən, öz hüquq və azadlıqlarının təmin edilməsini tələb edən milli azlıqların nümayəndələri (Krım tatarları), habelə bu məsələləri qaldıran mətbuat işçiləri təqib olunur.
Azərbaycanda qarayaxma və təqib kampaniyası ölkənin hakim elitasının korrupsiya faktlarını araşdıran jurnalist Xədicə İsmayılovanın işində özünü büruzə verib.
ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızına və realliq.info saytının redaktoru İkram Rəhimova qarşı da analoji kampaniya həyata keçirilib.
"Jurnalistlərin öz işlərini görə bildiyi təhlükəsiz mühit ATƏT mexanizminin əsasında duran demokratik idealların sütunudur", deyə müraciətdə qeyd edilir.
Bununla əlaqədar Freedom House yuxarıda adı çəkilən ölkələrin hakimiyyətlərinə aşağıdakı çağırışları edir:

1. Jurnalistlərə qarşı hücumları hərtərəfli araşdırmaq və təqsirkarları cəzalandırmaq.

2. Hakimiyyəti tənqid edən jurnalistlərin uydurma ittihamlarla təqibi təcrübəsinə son qoymaq.

3. Mətbuat azaldığı ilə bağlı qanunvericiliyi təkmilləşdirmək. 

Shefeqedogru