Şəfəqə Doğru » Manşet » Keçmiş deputat prokurorluğa çağrıldı

Keçmiş deputat prokurorluğa çağrıldı

Keçmiş deputat prokurorluğa  çağrıldı
Keçmiş deputat Rafael Cəbrayılov prokurorluğa çağırılıb.
Yenisabah.az saytı  xəbər yayıb ki, prokurorluğa çağırış keçmiş deputatın adı keçən "borc qalmaqalı” ilə bağlıdır.
İddia olunur ki, R.Cəbrayılov səhhəti ilə əlaqədar prokurorluğa getməyib və bazar ertəsinə qədər möhlət istəyib. Məlumatda həmçinin bildirilir ki, keçmiş deputata borcları qaytarmaq tövsiyə edilib.
R.Cəbrayılovun 300 min ABŞ dolları borclu olduğu Təranə Fətəliyeva isə keçmiş deputatın prokurorluğa çağırılması barədə məlumatsız olduğunu deyib:
"Onun prokurorluğuna çağırılıb-çağırılmadığını bilmirəm. Amma mənə bu həftənin üçüncü gününə borcu qaytaracağını söz vermişdi. Artıq iki gün keçib. Əgər qaytarmasa, mən özüm prokurorluğa müraciət edəcəm”.
 
Rüzgar