Adı dillər əzbəri olan MTN in keçmiş şefi Eldar Mahmudovun əlində külli miqdarda şantaj xarakterli video görüntülərin olması haqqında politoloq Ərəstun oruclunun açıqlaması cəmiyyətdə şok effekti yaradıb
Yayılan məlumatlarda bildirilir ki, Eldar Mahmudovun əlində bir sıra yüksək çinli məmurların intim həyatını əks etdirən video görüntülər var.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, Eldar Mhmudovda müxalifət liderlərini də şantaj edə biləcək materiallar var.
"Azərbaycan məmurları hər zaman eyşi-işrət içərisində yaşayıb. Hərəsi 4-5 arvad saxlayıb katibələri ilə intim münasibətdə olublar. Eldar Mahmudov da bunlardan istifadə edib. O, təkcə məmurları deyil, müxalifəti də şantaj edə biləcək materiallara sahibdir. Eldar Mhmudovun əlində müxalifət liderlərini şantaj edə biləcək materiallar da var. Özü də onun şantaj dairəsi təkcə intim görüntülərlə məhdudlaşmır. Yadınızdadırsa bir neçə il öncə Azərbaycanda "əsgər ölümlərinə son” mitinqləri olmuşdu. Həmin aksiyaları Eldar Mahmudov təşkil edirdi. O, prezidentə təzyiq etmək üçün bütün vasitələrə əl atıb. Eldar Mahmudov həbs olunmalı və DTX nin 6-cı mərtəbəsindəki təcridxanaya göndərilməlidir. Təəssüflər olsun ki, bu gün E.Mahmudovu həbsdən qoruyan qüvələr var, onlar da nədənsə çəkinir, nələrinsə üzə çıxmasından narahatdılar. Amma bilsinlər ki, hər şey gec-tez məlum olacaq”.