Şəfəqə Doğru » Manşet » ASTROLOJİ PROQNOZ – 16 İYUN

ASTROLOJİ PROQNOZ – 16 İYUN

ASTROLOJİ PROQNOZ – 16 İYUN

Qoç - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Həm ailə-sevgi münasibətlərində, həm də işgüzar sövdələşmələrdə hər şey ürəyinizcə olacaq. 

 
Buğa - Səhər saatlarını gərgin şəraitdə keçirəcəksiniz. Özünüzü təmkinli aparın. Nahardan sonra sevindirici hadisələr baş verəcək. 
 
Əkizlər - Ovqatınız yüksək olacaq. Maraqlı insanlarla tanış olacaqsınız. Uzaq yola çıxmaq olmaz.
 
Xərçəng - Pulla bağlı məsələlərdə ehtiyatlı olmalısınız. Kimsə borc istəsə, razılıq verməyin. 
 
Şir - Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. Günün böyük hissəsini zövqünüzə uyğun musiqilərin səsləndiyi məkanda keçirəcəksiniz. 
 
Qız - Güzəştə getməyi öyrənin. Risk tələb edən işlərə girişməyin. Soyuq və spirtli içkilərdən, duzlu qidalardan mümkün qədər uzaq olasınız.
 
Tərəzi – Oruc tutursunuzsa, ehtiyatlı olun. Səhhətinizdə müəyyən problemlər baş verə bilər. 
 
Əqrəb - Aktiv iş həyatına başlayacaqsınız. Karyeranızda müəyyən yeniliklər olacaq. 
 
Oxatan - Əsas enerjinizi sevgi məsələlərinə yönəldin. Özünüzə qarşı rəğbət oyatmağı bacaracaqsınız. 
 
Oğlaq - Gərgin stiuasiyalarda özünüzü ələ almağı bacarmalısınız. Dedi-qodulara əhəmiyyət verməyin. 
 
Dolça - Günorta saatlarında bəxtiniz gətirə bilər. Lotoreya və digər şans oyunları üçün əlverişli gündür. Varlanmaq ehtimalınız da var.
 
Balıq - Sizi sevməyənlərin sayı artmaqdadır. Bunda karyerada yüksəlməyinizin payı böyükdür. Qısqanılırsınız.