Rusiyanın 5-ci nəsl "Su-57” model hərbi təyyarəsi Xabarovskidə keçirilən sınaq uçuşu zamanı yerə düşüb.
Reyting.az saytı yazıb ki, rəsmi Ankara "F-35” təyyarələri əvəzinə özünün hərbi təyyarə parkını məhz "Su-57” rus qırıcıları ilə əvəz etmək istəyir.
Hətta bu mövzuda Rusiya və Türkiyə prezidentləri arasında ilkin müzakirələr də aparılıb.
Məlumata görə, Rusiya qırıcısı Xabarovsk regionunun Komsolmolski Amur təsissatı yaxınlarında meşəyə düşüb.
Qəzadan paraşüt hesabına sağ qurtulan pilot xilasedicilərin sayəsində tapılıb.