"İran İslam Respublikasının Qüds briqadasının komandanı , general Qasım Süleymaninin ABŞ rəhbərliyi tərəfindən terror aktı ilə qətlə yetirilməsini qətiyyətlə pisləyir , ittiham edirik”.
Pravda.az-ın xəbərinə görə, bu bəyanatla Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı çıxış edib.
A.Nağı bildirib ki, hər cür terror hərəkəti bəşəriyyət üçün təhlükə mənbəyidir , dövlət səviyyəsində terror siyasəti aparanlar dünyanı fəlakətə sürükləyirlər: "General Süleymaninin həlak olması ilə əlaqədar İran rəhbərliyinə , Süleymaninin ailəsinə , yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin"