Şəfəqə Doğru » Manşet » NATO təcili iclas çağırdı

NATO təcili iclas çağırdı

NATO təcili iclas çağırdı

NATO-nun baş katibi Yens Stoltenberq təcili iclas çağırıb.

Modern.az  xarici mediaya istinadən xəbər yayıb ki, Şimali Atlantika Şurasının iclasının keçirməsinə səbəb kimi İran generalı Qasım Süleymaninin İraqda həlak olmasından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi göstərilib.
Məlumata görə, iclas sabah yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 18:00-da) nəzərdə tutulub. NATO-dan agentliyə bildirilib ki, toplantıda İran generalı Qasım Süleymaninin ABŞ-ın zərbəsi nəticəsində həlak olmasından sonra İraqda yaranmış vəziyyət müzakirə ediləcək.