Şəfəqə Doğru » Manşet » TOVUZUN QOCA İCRA BAŞÇISI RAYONU İDARƏ EDƏ BİLMİR – ƏHALİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

TOVUZUN QOCA İCRA BAŞÇISI RAYONU İDARƏ EDƏ BİLMİR – ƏHALİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

TOVUZUN QOCA İCRA BAŞÇISI RAYONU İDARƏ EDƏ BİLMİR – ƏHALİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR
Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu sosial-iqtisadi problemlər məngənəsində çabalayır. Rayondakı məmur özbaşınalıqları, vətəndaşları narahat edən problemlərlə yanaşı işğalçı Ermənistan ordusunun sərhəd kəndləri atəş altında saxlaması Tovuz əhalisinin vəziyyətini dözülməz edib.
Rayon sakinlərindən AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, Tovuz rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tofiq Zeynalov faktiki olaraq rayonu idarə edə bilmir. 72 yaşlı icra başçısının fiziki imkanlarının rayonu idarə etməyə imkan vermədiyi deyilir. Buna baxmayaraq Baş Dövlət Yol Polis İdarəsi rəisi Ramiz Zeynalovun qardaşı olan Tofiq Zeynalov 8 il tutduöu icra başçısı postunu tərk etmək istəmir. 72 yaşlı icra başçısı .ikayətlərə, etirazlara baxmayaraq əhalinin üzləşdiyi problemlərə lazımi səviyyədə münasibət göstərmir. Elə buna görədir ki, rayonda ayrı-ayrı sahələrdə ciddi problemlər mövcuddur.
Tovuz əhalisinin sosial-iqtisadi vəziyyəti getdikcə aşağı düşür. Rayonda kommunal xidmət sahələri ilə bağlı çox böyük problemlər var. Belə ki, dağ kəndlərinin əksəriyyətində qaz yoxdur, işıq və su isə fasilələrlə verilir. Kəndlərin əksəriyyətinin işığı gün ərzində saatlarla söndürülür. Tofiq Zeynalov rayondakı bütün vəzifələrə yalnız öz qohumlarını təyin edir. Kənar şəxslərin burada vəzifə tutması yalnız 3-4-cü dərəcəli sahələrdə mümkündür.
Tovuzu isə hazırda iki – zeynalovlar və həsənovlar qruplaşmaları idarə edir. Bir-birə qohum olan bu qruplaşma rəhbərləri Tofiq Zeynalov və Mahir Həsənov rayonun bütün təmir-tikinit, abadlıq işlərini öz şirkətlərinə verirlər. Belə ki, Tovuz rayonunda 7 ilə yaxındır təmir-tikinti, quruculuq işlərini aparan şirkətin – "Qovlar Təmir Tikinti” MMC-nin məhz Zeynalovla Həsənovun ortaq şirkəti olması ilə bağlı çoxsaylı məlumatlar dərc olunub.
Mediada çıxan xəbərlərə inansaq, son aylarda Tofiq Zeynalovla Mahir Həsənov arasında soyuq küləklər əsməyə başlayıb. Belə ki, Tovuz rayonun idarə edən bu iki klan arasında artıq ciddi savaş başlayıb. Mənbəmiz iddia edir ki, Tofiq Zeynalovun yaşının keçməsi ilə əlaqədər vəzifəsindən çıxarılması söz-söhbətləri, birinci müavini, qudası Mahir Həsənovu hərəkətə keçməyə vadar edib. Çünki uzun müddətdən bəri iqtidarın yuxarı dairlərinə gizli şəkildə "xod” axtaran və tapan Mahir Həsənov icra başçısı postuna yiyələnmək niyyətindədir.
Məlumata görə, qudasının gizlin iş çevirməsi və Zeynalovlar klanından kənarda özünə himayədar tapmaq istəməsi ira başçısını və ətrafını ciddi şəkildə qəzəbləndirib. Hətta Tofiq Zeynalovun rəhbərliyi ilə yaxın ətrafının yığıncağında Mahir Həsənovun cəzalandırılması və karyerasının üstündən xətt çəkilməsi irəli sürülüb.
Qudalar arasındakı narazılıq ilk növbədə "Qovlar Təmir Tikinti” MMC-də özünü göstərib. Belə ki, rayon daxili büdcəsi hesabına aparılan təmir-tikinti işlərində artıq bu şirkətə heç bir tender verilməyib. Tofiq Zeynalov və adamları bu şirkətin bir hissəsində pay sahibləri olduqları üçün yaxın aylarda onu Mahir Həsənovdan almağa çalışacaqlar.
Mənbə Mahir Həsənovun da sakit durmadığını və qudasına müqavimət göstərdiyini iddia edir. Bu isə əsasən birinci müavinə yaxın idarə müdirlərinin, sahibkarların bir yerdə toplanması və bütün məsələlərdə Mahir Həsənovu dəstəklədiklərini açıq şəkildə bildirmələridir.
Bütün bunlar isə Tovuzda əhalinin sosial vəziyyətinə mənfi təsir edir. Tovuzlular ümid edir ki, tezliklə Prezident İlham Əliyev qocaman icra başçısıTofiq Zeynalovu işdən çıxaracaq. Və rayona işguzar bir şəxs başçı göndəriləcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.