Prezident İlham Əliyevə məxsus twitter hesabından (@azpresident) IV Qlobal Bakı Forumuna dair qısa mesajlar paylaşılıb.
Musavat.com-un məlumatına görə, ölkə başçısı qeyd edib ki, IV Qlobal Bakı Forumunun iştirakçıları vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişlər.
Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyri-qanuni olaraq nəzarətdə saxlamağa çalışır və status-kvonun dəyişməz qalmasını istəyir.
İ.Əliyev "Beynəlxalq ictimaiyyət siyasi iradə göstərməli və təcavüzkar Ermənistanı işğala son qoymağa məcbur etməlidir” - deyə vurğulayıb.
Müstəqillik illərində Azərbaycanın böyük uğurlara nail olduğunu bildirən dövlət başçısı ölkənin müasir, sabit, proqnozlaşdırıla bilən, özünü təmin edən dövlətə çevrildiyini də qeyd edib.
Bu gün Azərbaycanda əsas məqsədin neft və qazdan asılılığı tamamilə aradan qaldırmaq olduğunu deyən ölkə başçısı "Azərbaycan üçün postneft dövrü artıq başlamışdır” - deyə sözlərinə əlvə edib.
Prezident İ.Əliuyev sonda bildirib ki, hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti həyata keçirilir və iqtisadi inkişafın yeni sahələri müəyyən edilir. Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasəti və cəmiyyətdə olan əhval-ruhiyyənin təcəssümüdür.