"Gəncə şəhərində yerləşən uşaq evlərinin birində uşaqları iplə bir-birinə bağlayır, onlara gələn yardımları mənimsəyirlər".
Hurriyyet.org yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə tanınmış məşqçi Kamil Zeynallı sosial şəbəkədə video paylaşaraq qeyd edib.
O, bildirib ki, Gəncədəki uşaq evlərinin birində uşaqlar natəmiz şəraitində saxlanılır:
"Mən lazımi qurumlardan xahiş edirəm ki, Gəncədə yerləşən uşaq evində yoxlama aparsınlar. Mənə bir neçə ayda onlarla insan yazır ki, Gəncə şəhərində yerləşən uşaq evində uşaqlara heç də yaxşı baxmırlar. Uşaqlar "pinti” şəraitdə yaşayır, işçilər onlara gələn payları mənimsəyərək çox vaxt özlərinə götürürlər. Bilirəm ki, bunu heç vaxt boyunlarına almayacaqlar. Gəncə Şəhər İcra başçısından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsın. Oranın müdirəsini, işçilərini dəyişmək lazımdır. Onlar ora gələn insanlarla çox vaxt söyüşlə, təhqirlə danışırlar. Bir neçə nəfər bir dəfə yardım aparıb uşaq evinə, səhəri gün gedib görüb ki, həmin paylar orada yoxdur. Bundan əlavə uşaqları da bir-birinə iplə bağlayıblar. Bu videoda da açıq aydın görünür. Gəncə Səhiyyəsinin də bundan yaxşı xəbəri var, özlərini qoyublar korluğa”.
0