Belə ki, görüntünü qeydə alan sürücü iddia edir ki, həmin ərazidə xidmət aparan yol polisləri patrul avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edərək onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirlər. Yəni onların xidmətl sırf bu işlə məşğul olmaqdır. Videodan da aydın şəkildə görünür ki, iki patrul avtomobili dairə boyunca dayanmadan hərəkət edərək qayda pozan sürücü axtarırlar. Hətta onlar dairəyə daxil olan sürücünü görən kimi sürətlərini artıraraq onları tələyə salırlar.
Əslində yol polisinin sürəti artıraraq sürücünü tələyə salması, onun yol verməməsi kimi qiymətləndirilə bilməz. Çünki qanunvericilikdə qeyd olunub ki, yol vermək dedikdə üstünlüyə malik olan nəqliyyat vasitəsinin hərəkət sürətini və ya hərəkət istiqamətini qəflətən dəyişməyə məruz qoymamaqdır. Burada isə yol patrul xidməti avtomobilinin kəskin tormozlamasından söhbət gedə bilməz.