67 saylı Cəlilabad rayon seçki dairəsindən deputatlığa namizəd olmuş Elşad Zakir Oğlu Təhməzov 9 fevralda keçirilən seçiklərlə bağlı YAP-ın namizədi Malik Həsənovun inanılmaz saxtakarlıqlarını ifşa edib.
Shafaqadogru.com Xeberfakt.az-a isdinadən xəbər verir ki, bu barədə namizəd öz profilində status yazaraq video paylaşıb.
O bildirib ki, 67 saylı Cəlilabad rayon seçki dairəsindən digər namizəd Malik Həsnovun adamları saxtakalıq edərək 150-yə yaxın bülləteni qutuya atıblar. Hadisə Həmin dairənin 12-13 saylı seçki məntəqəsində baş verib.
Elşad Təhməzov üsyan etdi - Malik Həsənovun nəticəsi ləğv olunmalıdı, yoxsa qanımı tökəcəm üstərinə(VİDEO)
Elşad Təhməzov üsyan edərək "mən axıra qədər Həsənovların saxtakarlığına qarşı mübarizə aparacam. Onlar Cəlilabadı işğal edib. Haqq səsini ucaldan insanları polislə təqib olunur və ya həbs edilir. Biz cəlilabadlıar buna etiraz edirik. Həsənovlar mənə yaxın gəlməyin qanımı tökəcəm üstünüzə" deyə bəyanat da verib.
Ətraflı videoda: