Qanunsuz olaraq Azərbaycanın işğal altındakə ərazilərinə gələn Ermənistan prezidenti Serj Sarkisyanın cəbhənin hansı istiqamətinə səfər etdiyi məlum olub.
Shafaqadogru.com Modern.az-a istinadən xəbər verir ki, Sarkisyan əvvəlcə Xankəndinə gedərək burada separatçı rejimin "rəhbərliyi" ilə görüşüb. Sonra cəbhənin cənub istiqamətinə gəlib. O, cəbhə xəttində hərbçilərlə müşavirə də keçirib.
Məlumata görə, Sarkisyan "aprel döyüşləri"nin getdiyi bölgəyə - Azərbaycanın Cəbrail və Füzuli rayonları istiqamətinə baş çəkib. İşğalçı prezidenti çox sayda hərbçi müşaiyət edib.