"Sosial müavinətlərlə bağlı banklarda növbə gözləyən vətəndaşlarımızın narahatlığına ehtiyac yoxdur”.
Bunu Publika.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.
O bildirib ki, kartların müddəti bir ildir: "Bu müddət ərzində vətəndaş öz kartını, yaxud da içərisində olan vəsaiti əldə edə bilər”.
Qeyd edək ki, 23-30 may dövrü üçün bayram, istirahət və əmək haqqı saxlanılmaqla qeyri-iş günləri müəyyən edilib. Bu səbəbdən fəaliyyətini dayandıracaq müəssisələrə banklar da daxildir. Buna görə də sosial müavinət ala bilməyən vətəndaşlar təlaşla banklara üz tutur və uzun növbələr yaradırlar. Bununla da sosial məsafə qaydaları pozulmuş olur.