Şəfəqə Doğru » Manşet » Azərbaycanlı tələbəni öldürən Vitali Vasilyev həbs edildi

Azərbaycanlı tələbəni öldürən Vitali Vasilyev həbs edildi

Azərbaycanlı tələbəni öldürən Vitali Vasilyev həbs edildi

Volqoqradın Mərkəzi Rayon Məhkəməsi şəhərin Tibb Universitetinin xarici tələbəsi - 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavrilovun qətlində ittiham edilən Vitali Vasilyev barəsində həbs qərarı çıxarıb.

Bu barədə TASS agentliyinə  Volqoqrad əyaləti məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Ekaterina Valkovskaya bildirib.


 

Vasilyev barəsində avqustun 21-ə qədər - iki aylıq həbs qərarı çıxarılıb. Ona qarşı qətl maddəsi üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, iyunun 13-də Volqoqradın mərkəzində yerli tibbi universitetinin 17 yaşlı xarici tələbəsi, Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti aşkar edilmişdi. Məlum olub ki, tələbə bədəninin müxtəlif hissələrinə vurulan bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Nəticədə o, hadisə yerində ölüb.