Mayın 9-da, İkinci Dünya Müharibəsinin 75-ci ildönümü Ermənistan Baş naziri Nikol Paşinyan öz "Facebook” səhifəsində babasının şəklini paylaşaraq, yazmışdı: "Paşinyan Nikol Arakeloviç 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda canından keçənlərə əbədi eşq olsun”. Bu yazıdan sonra mediada Nikol Paşinyanın babasının nasist Almaniyası ilə əməkdaşlıq etdiyi barədə müzakirələr başladı. Rusiya Müdafiə Nazirliyinin yaratdığı "Memorial” veb saytından istifadə edərək (bu Arxivdə İkinci Dünya Müharibəsi qurbanlarının, itkin düşmüş və ölənlərin məlumatları var), Nikol Paşinyanın babasının məlumatlarını tapmışdılar.
Medianın bu xəbərlərindən sonra, "İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi” qeyri-dövlət kommersiya təşkilatı tərəfindən qurulan Faktlar Axtaran Platform Paşinyanın babasının alman ordusunu dəstəklədiyi haqqında məlumatın həqiqətə uyğun olmadığını açıqladı.
Bu nəşrlərdən bir neçə ay sonra, Rusiya Müdafiə Nazirliyinin yaratdığı "Memorial” platformasında Nikol Arakeli Paşinyan haqqında məlumatların yoxa çıxdığını gördük. Platformada yalnız mediada yayılan məlumatlara görə xain olan Nikol Vardanoviç Paşinyan haqqında məlumat var.hit.az