Fransadakı Monpelye Universitetinin tədqiqat qrupu koronavirusa öldürücü təsir edən məhsulun adını açıqlayıb.
Bu barədə "The Sun” nəşri xəbər yayıb.
Tədqiqat müəlliflərinin məlumatına görə, bu məhsul kələmdir. Alimlər müxtəlif növ kələm növlərinin populyar olduğu ölkələrdə (məsələn, Almaniya və Cənubi Koreyada) koronavirusdan ölüm nisbətinin aşağı olduğunu müəyyən ediblər.
Bildirilir ki, kələmdə koronavirusun ağır gedişatına mane olan maddələr var. Belə ki, kələm turşusunda bədənin patogenlərə qarşı müdafiəsini gücləndirən antioksidantlar mövcuddur.
Qeyd edək ki, daha əvvəl ispaniyalı dietoloq Alexandro Kanovas və İspaniyanın Pulmonologiya və Torakal Cərrahiyyə Cəmiyyətinin (SEPAR) rəhbəri Eusebi Çiner ağciyərləri koronavirusdan qorumağa kömək edən məhsul kimi yumurta, düyü, mavi balıq və qozu göstərmişdilər. Onların sözlərinə görə, sözügedən məhsullar tənəffüs sistemini gücləndirməyə kömək edə bilər.
"Ağciyərlərin vəziyyəti pisləşdikdə bədənin zülala ehtiyacı artır. Xüsusilə, yumurtalarda A vitamini kimi yağda həll olan vitaminlər, eləcə də yüksək keyfiyyətli zülallar var”, - deyə, o bildirib.