Şəfəqə Doğru » Manşet » Təhsil nazirinin biznesmen müavini... - Firudin Qurbanov həm təhsillə "məşğuldur", həm də bizneslə

Təhsil nazirinin biznesmen müavini... - Firudin Qurbanov həm təhsillə "məşğuldur", həm də bizneslə

Təhsil nazirinin biznesmen müavini... - Firudin Qurbanov həm təhsillə "məşğuldur", həm də bizneslə
Müstəqil araşdımaçı jurnalist Cavanşir Həsənli yazır:
Təhsil nazirinin müavini Firudin Qurbanov həm təhsillə "məşğuldur", həm də bizneslə. Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Slovenyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir, təsisçiləri haqqında məlumat yoxdur.
Firudin Qurbanov 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.. 2014-cü ilin iyulundan təhsil nazirinin müavindir //xeberbaku.com//